Sumqayıt və Xırdalan şəhərlərində mənzil almaq istəyənlər üçün ilkin ödəniş və ödəniş şərtləri açıqlanıb. Hər iki layihədə tam təmirli mənzillər və geniş ödəniş seçimləri təqdim olunur.

“Yeni Sumqayıt” layihəsində 58,4–83,73 kv.m sahəli 2 və 3 otaqlı mənzillər satışdadır və mənzillər tam təmirli şəkildə təhvil verilir. Məsələn, 58,4 kv.m-lik 2 otaqlı tam təmirli mənzilin ilkin ödənişi 17 200 manatdan başlayır. Layihədə yaxın vaxtlarda təhvil veriləcək mənzillər keyfiyyətli materiallarla təmir olunub kommunal xidmətlərlə birlikdə təqdim edilir.

“Park Xırdalan” layihəsində 41,5–96,93 kv.m aralığında 2 otaq studiya, 2 və 3 otaqlı mənzil seçimləri mövcuddur. Layihənin tikintisi davam edir və indidən mənzil seçimi gələcəkdə əmlakın dəyərindən faydalanmaq üçün imkan yarada bilər.

Hər iki kompleksdə geniş yaşıllıq və istirahət zonaları, parklar, uşaq oyun məkanları, eləcə də ətrafda məktəb, bağça və idman sahələri nəzərdə tutulub. Komplekslər 24 saat mühafizə və müasir kamera nəzarəti ilə təmin edilir.

Mənzillərin tikintisində səs və istilik izolyasiyasına, möhkəm konstruksiyaya və optimal planlamaya diqqət yetirilir; panoramik pəncərələr və keyfiyyətli tikinti materialları istifadə olunur.

Ödəniş imkanları müxtəlif büdcələrə uyğunlaşdırılıb: layihələrdə 36 aya qədər daxili kredit, 20 ilə qədər ipoteka və mərhələli ödəniş ("Evini hissə-hissə al") modelləri təqdim edilir. Maraqlanan şəxslər satış ofislərinə müraciət edərək mövcud mənzillərə baxa və ilkin ödəniş ilə ödəniş şərtlərini birlikdə hesablay bilər.

Ünvanlar: “Yeni Sumqayıt” — Sumqayıt şəhəri, Sülh küçəsi “Park Xırdalan” — Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30

Ətraflı məlumat üçün əlaqə: *1544