Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.
Hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Dəniz Elçin qızı Mansurlu avqustun 18-də təxminən saat 11:00 radələrində yaşadığı ünvandan çıxıb və geri dönməyib.
Ailə üzvləri hadisəni hüquq-mühafizə orqanlarına çatdırıblar. Dəniz Mansurlunu görənlərdən 0556151561 nömrəsi ilə əlaqə saxlamağı və ya Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verməyi xahiş edirlər.