Avqustun 19-u səhər saat 08:45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxınlığında diametri 110 millimetr olan içməli su xəttində qəza baş verib.
Rayonun Sukanal İdarəsinin qəza bərpa briqadası həmin ünvana operativ şəkildə gedərək saat 08:55-də işə başlayıb. Təmir işləri nəticəsində axıntının qarşısı saat 09:10-da alınıb, yəni hadisə qeydə alındıqdan 25 dəqiqə sonra axıntı dayandırılmışdır.
Su xətindəki nasazlıq tamamilə aradan qaldırılıb və xətt saat 11:45-də tam bərpa edilib. Təmir işləri Sukanal idarəsinin briqadası tərəfindən həyata keçirilib.