2027-ci ildə Tayvan hökuməti süni intellektdən əldə olunan dividendlərin hesabına ölkə vətəndaşlarına birdəfəlik ödəniş edəcək.
Hər nəfərə ödəniləcək məbləğ 10 min Tayvan dolları təşkil edəcək ki, bu da təxminən 534 AZN-ə bərabərdir. Bu məqsəd üçün ümumilikdə 235,7 milyard Tayvan dolları (təxminən 12 milyard 580 milyon AZN) ayrılacaq.
Hökumət qərarın iqtisadi göstəricələrin gözləniləndən yaxşı olması ilə əlaqədar qəbul edildiyini açıqlayıb. Artan qlobal tələb süni intellekt sahəsində yarımkeçiricilər sənayesinin, informasiya-kommunikasiya texnologiyalarının və istehsal zəncirlərinin inkişafını sürətləndirib, bu isə sifarişlərin, tədarüklərin və investisiyaların artmasına gətirib çıxarıb.
Rəsmi məlumatlarda bildirilir ki, vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi dövlət büdcəsində kəsirin və ya dövlət borcunun artırılmasına səbəb olmayacaq.