Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətlə bağlı yayılan görüntülərə münasibət bildirib.
Qurumun cavabında qeyd olunub ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. Sosial şəbəkələrdə paylaşılmış kadrlar xəstəxananın istifadə etdiyi iş zonasına aid deyil.
TƏBİB vurğulayıb ki, görüntülərdə görünən ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmirlər və həmin hissə hazırda istifadədə deyil.