İran məhkəməsi Tehranda konsert verdiyi üçün daha əvvəl saxlanılan müğənni Heyva Seyfizadəni dörd il müddətinə azadlıqdan məhrum edib.
Rəsmi ittihamlara görə, ona qarşı əxlaqsızlığın təbliği ittihamı irəli sürülüb və məhkəmə bu əsasla hökm çıxarıb.
Heyva Seyfizadə 2024-cü il fevralın 27-də Tehranda, “Reberu” zalında təşkil edilən konsert zamanı həbs edilmişdi. O, sonradan məhkəməyə qədər girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.