Smartfon istifadəçiləri danışdıqları mövzuya uyğun reklamlar görəndə cihazlarının səslərini eşitdiyini düşünürlər.
Mütəxəssislər bildirirlər ki, telefonların istifadəçiləri daimi olaraq dinlədiyini təsdiq edən konkret sübut yoxdur. Buna baxmayaraq, cihazlar və quraşdırılan proqramlar istifadəçi davranışlarını izləyə və toplanan məlumatlar əsasında reklam göstərə bilərlər.
Ekspertlər yeni tətbiq quraşdırarkən tələb olunan icazələrə diqqətlə yanaşmağı məsləhət görürlər. Xüsusilə mikrofon istifadəsi üçün icazənin yalnız həqiqətən ehtiyac olan tətbiqlərə verilməsi tövsiyə olunur.
Bundan əlavə, sosial platformalardakı fərdiləşdirilmiş reklam funksiyasını söndürməklə istifadəçilər reklam məqsədilə məlumatların istifadəsini məhdudlaşdıra bilərlər.