Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmə qərarına əsasən, təqsirləndirilən Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu ilin yanvar ayında Boulevard Hotelin camaşırxanasında baş verib. Müəyyən edilib ki, həmin oteldə ofisiant işləyən Seymur Manafov həmkarı Şəmistan Əliyevi bıçaqlayaraq öldürüb.
Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi—qəsdən adam öldürmə—ilə ittiham olunub və məhkəmə həmin maddə üzrə hökm çıxarıb.