Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Hüsənli kəndi ərazisində baş verib. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yolda olan iki piyadanı vurub.
İlkin məlumatlara görə, vurulan şəxslərin hər ikisi qadındır. Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.