ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının əvvəlki qədər strateji əhəmiyyət daşımaya biləcəyini açıqlayıb.
O, bu dəyişmənin əsas səbəbi kimi alternativ nəqliyyat marşrutlarının formalaşmasını və yeni inşa edilən boru kəmərlərinin sayının artmasını göstərib.
Tramp bildirib ki, Hörmüz boğazı tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır və yalnız ABŞ tərəfindən təsdiqlənmiş gəmilər boğazdan keçə bilir, bu mexanizmin sayəsində böyük həcmdə neft dünya bazarlarına çatdırılır.
Prezident həmçinin ABŞ-ın İrana qarşı yeni və sərt sanksiyalar üzərində işlədiyini söyləyib.
Tramp qeyd edib ki, Texas, Alyaska, Luiziana və digər ərazilərdə alternativ marşrutlar yaradılıb və rekord sayda boru kəməri inşa olunub.
Onun fikrincə, bu alternativlərin genişlənməsi Hörmüz boğazının gələcəkdə strateji rolunu zəiflədə bilər.