ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gərginliyin davam etdiyi şəraitdə daha bir ölkəni açıq şəkildə təhdid edib.
Tramp bildirib ki, ABŞ-ın həmin bölgədəki fəaliyyətinə maneçilik yaradılacağı təqdirdə, qarşı tərəfə sərt hərbi cavab veriləcək.
Prezidentin sözlərinə görə, ona soruşulub ki, Oman ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə etsə necə reaksiya verəcək. Tramp bu suala belə cavab verib: “Əgər Oman qarşımıza çıxsa, onları şiddətli şəkildə bombalayarıq”.
Bundan əlavə, Tramp İran İnqilab Keşikçiləri Korpusunun rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu açıqlayıb.
Hadisə Hörmüz boğazındakı gərginlik davam edən məqamda baş verib və səslənən bəyanatlar regionda münasibətlərə təsir göstərə bilər.