ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı genişmiqyaslı iqtisadi əməliyyatların başlanacağını açıqlayıb.

Tramp bildirib ki, Tehran üçün əvvəllər verilən imkanlardan istifadə edilmədiyi üçün ABŞ indiyədək görülməmiş sərt iqtisadi tədbirlər tətbiq edəcək və ölkəni hərtərəfli təcrid edəcək.

Prezident həmçinin qeyd edib ki, İranın hərbi-dəniz və hərbi-hava qüvvələri ciddi zərbə alıb, istehsal müəssisələri dağıdılıb, milli valyuta dəyərdən düşüb və ölkə asılı vəziyyətə düşüb.

O, əlavə edib ki, İrana heç bir formada dəstək verən maliyyə institutları, şirkətlər, hava limanları və dövlət qurumları da böyük iqtisadi sanksiyalarla üzləşəcəklər.

Tramp nəqliyyat və maliyyə kanallarının—neft qaçaqçılığı, svop xətləri, nağd pul köçürmələri, valyuta mübadiləsi məntəqələri, gəmi reyestrləri və muzdlu xidmət təminatçılarının—dayandırılması çağırışını səsləndirib və məqsədlərinin İranın dünyaya terroru yaymaq imkanlarını məhv etmək olduğunu vurğulayıb.

Prezident həmçinin bildirib ki, İranın nüvə silahına sahib olması qəbul edilməyəcək və bu istiqamətdə tədbirlər davam etdiriləcək.