Türkiyənin Yeni Partiyasının Qaziantepdən seçilən deputatı Melih Meriç bıçaqlı hücuma məruz qalıb.

Hadisəni keçmiş Cümhuriyyət Xalq Partiyası Oğuzeli rayon təşkilatının sədri Seydi Ahmet Keleş törədib.

Hücum nəticəsində yaralanan Meriç xəstəxanaya çatdırılıb və onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Hüquq-mühafizə orqanları S. Keleşin tapılması üçün axtarış və araşdırma aparırlar.