Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolgunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda məzarın açılmasına qərar verilib.

Qərara əsasən, Denizolgunun dəfn edildiyi məzar açılacaq və ölüm səbəbi ilə bağlı yeni məhkəmə-tibbi ekspertiza həyata keçiriləcək.

Təkrar ekspertiza zamanı siyasətçinin ölümünün təbii səbəblərlə əlaqəli olub-olmadığı və ya hər hansı xarici müdaxilənin olub-olmaması elmi üsullarla araşdırılacaq.

Arif Ahmet Denizolgu 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra həm təbii səbəblərlə bağlı qiymətləndirmələr, həm də ölümün şübhəli olduğuna dair iddialar vaxtilə gündəmdə olub.

Denizolgunun ailəsinin etdiyi müraciətlər nəticəsində hadisənin yenidən araşdırılması tələb olunub və bu tələb istintaq orqanları tərəfindən nəzərə alınıb.