Serbiyanın Loznitsa şəhərində təşkil olunan U-19 Avropa çempionatında Azərbaycan komandası iki idmançı ilə 1/4 final mərhələsinə çıxıb.

Əli Əliyev 50 kq çəki dərəcəsində slovakiyalı Adrian Zameçiki ilə ikinci görüşdə ringə çıxıb və hakimlərin hamısının eyni rəyinə əsasən 5:0 hesabı (30:27, 30:27, 30:27, 30:27, 30:27) ilə qalib gəlib.

Əliyev 1/4 finalda avqustun 18-də irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.

Banuçiçək Nəsirli 48 kq çəki dərəcəsində ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya qarşı döyüşüb və üçüncü raundda tam üstünlüklə qalib olaraq növbəti mərhələyə adlayıb.

Nəsirli 1/4 final çərçivəsində avqustun 17-də polşalı Katarjina Qornisieviçlə üz-üzə gələcək.