Ucar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə bir neçə nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Yerli yolda hərəkətdə olan "Mercedes" markalı minik avtomobili beton arakəsməyə çırpılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Əliyev və sərnişinlər — Bakı sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva ilə Tovuz şəhər sakini, 1958-ci il təvəllüdlü Şura Tağıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.