Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkədə bununla bağlı paylaşım edib. Paylaşımda “Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” ifadəsi yer alıb.
Viktor Yuşşenko 2005–2010-cu illərdə Ukrayna prezidenti olub.
Səfərin məqsədi barədə hələ rəsmi açıqlama verilməyib.