Umbakı həbsxanasında saxlanılan və separatçı qurumun rəhbər şəxslərindən biri sayılan David Babayan audio-müraciətində Bakıdakı məhkəmə prosesini “teatr”, çıxarılan hökmü isə əvvəlcədən hazırlanmış “ssenari” adlandırıb. Onun ritorikası yalnız daxili auditoriyaya hesablanmış siyasi mesajdan daha artıq məqsəd güdür — işi beynəlxalq hüquq səviyyəsinə daşımaq cəhdi kimi görünür. Babayanla birlikdə barələrində hökm verilmiş digər şəxslər də fəaliyyətlərini artırıblar.