Ünvanlı dövlət sosial yardışlarının cari ay üçün ödənişi ən gec bu ayın 25-dək tamamlanacaq.

Dövlət Social Müdafiə Fondu məsələ ilə bağlı məlumat yayıb və ödənişlərin vaxtında həyata keçiriləcəyini qeyd edib.

Məlumatda vurğulanır ki, avqustun 14-də Bakı, Sumqayıt və Abşeron rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları və güzəştli şərtlərlə təyin olunan pensiyalar ödənilib.

Eyni zamanda bildirilib ki, bu gün ölkənin digər bölgələrində də müvafiq ödənişlərin çatdırılması davam edir.