Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan cüdoçuları İspaniya Superkubokunda mübarizə aparıblar.

90 kiloqram çəkidə çıxış edən Zelim Tçkayev və 100 kiloqram çəkidə mübarizə edən Murad Fətiyev bütün rəqiblərini üstələyərək yarışın qalibi olublar və qızıl medallar qazanıblar.

Yarışın nəticələri rəsmi olaraq federasiya tərəfindən bildirilib. Hazırlıq toplanışı avqustun 22-də başa çatacaq.