Dövlət Statistika Komitəsinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlərin sayı açıqlanıb.

Bildirilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində avqustun 1-dək 38 179 keçmiş məcburi köçkün həmin ərazilərə geri dönüb.

Hesabatda həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alan şəxslərin ümumi sayı 91 746 nəfər təşkil edib.