Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Tivi kənd ərazi icra nümayəndəliyində seçicilərlə növbəti görüş keçirib.

Görüş zamanı deputat yerli sakinlərin müraciətlərini və təkliflərini dinləyib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb və sualları cavablandırıb.

Daha sonra görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamına əsasən Ordubad rayonunda, o cümlədən Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz yolunun əsaslı təmiri nəzərdə tutulur.

Sakinlər yolun təmir olunacağını eşidib məmnunluq ifadə ediblər və göstərilən diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.

Görüşdə iştirak edən seçicilər tədbirdən razılıqlarını ifadə ediblər və yerli problemlərin həlli istiqamətində davamlı kommunikasiya üçün minnətdarlıqlarını çatdırıblar.