Xaçmaz rayonunda 43 yaşlı Cahangir adlı şəxs öz qızı Kəmaləyə qarşı zorakılıq tətbiq edib.

Hadisə şəhərin N.Tusi küçəsindəki fərdi evlərdən birində, evin qonaq otağında baş verib. Məhkəmə materiallarına əsasən, 1983-cü il təvəllüdlü Cahangir ilə qızı Kəmalə arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və ata qızının bədəninin müxtəlif nahiyələrinə əl ilə bir neçə dəfə zərbə endirib.

Məhkəmədə ifadə verən Cahangir bildirib ki, zərərçəkmiş onun doğma övladıdır və qızı ona cavab qaytardığı üçün əsəbləşərək zor tətbiq edib. O, qızını vurmasının tərbiyə üsulu olduğunu söyləyib və hadisədən peşman olduğunu, üstəlik deyr ki, qızı vurarkən dəmir dabankeşlə də zərbə endirib.

Məhkəməyə təqdim olunan ilkin ifadəsində təqsirləndirilən şəxs ev ünvanını, daimi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olduğunu bildirib. O qeyd edib ki, əvvəlki aylarda iş yerlərində aparılan ixtisarlar səbəbindən 2025-ci ilin oktyabrından işsiz qalıb və maddi çətinliklər yaşayıb; bu vəziyyətin ailə münasibətlərinə təsir etdiyini vurğulayıb.

Cahangir əlavə etmişdir ki, münaqişə vaxtı qızı qonşuya, oruc vaxtı iftar açmağa getmək istədiyini demiş, atasının buna icazə verməməsi mübahisəyə səbəb olub. O, Kəmalənin saçından tutub yerə yıxdığını, ənsə və diz nahiyələrinə əllə vurduğunu, məqsədinin valideynə doğru rəftar etməyi öyrətmək olduğunu bildirib.

Zərərçəkmiş Kəmalə isə ifadəsində atanın iddialarını təkzib edərək aradakı mübahisənin əsas səbəbinin atasının nənəsinə qarşı təhqiredici ifadələri olduğunu deyib. O, atanın daha əvvəl də ona qarşı zor tətbiq etdiyini, ara-sıra spirtli içki aludəçiliyi ilə bağlı münaqişələrin yaşandığını və bu səbəbdən bir neçə dəfə döyüldüyünü bildirib. Hadisədən sonra Kəmalənin baba evində yaşadığı qeyd olunub.

İfadəsinin sonunda Kəmalə atasından şikayət etmədiyini, barışdığını və ona qarşı tələbi olmadığını ifadə edib.

Xaçmaz Rayon Məhkəməsi hökmündə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə istinad edərək təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və iş üzrə icraat bəraətverici əsaslar olmadan xitam verilib.