Xalq artisti Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.
Hadisə barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. Bildirilib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Romik Hüseynov Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazi idi.
Qeyd edək ki, Xalq artisti Rəmiş — Rafiq Hüseynov 2021-ci ildə koronavirus səbəbindən vəfat etmişdi.