Son bir ildə Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adlarına görə təqaüd alan şəxslərin sayı 1,4% və ya 64 nəfər azalıb.
Ən son iyul ayının əvvəlinə olan məlumata görə, “Xalq” fəxri adına görə təqaüd alanların sayı 237 nəfər, “Əməkdar” fəxri adına görə təqaüd alanların sayı isə 4 415 nəfər təşkil edir. Keçən il ilə müqayisədə “Xalq” fəxri adı daşıyanların sayı 9 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 55 nəfər azalıb.
Eyni dövrdə fəxri ad sahiblərinə ödənilən təqaüd məbləğlərində artım qeydə alınıb. İndiyə kimi “Xalq” fəxri adı daşıyanlara ayda 300 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 200 manat təqaüd ödənilir.
Ötən ilin eyni dövründə isə “Xalq” fəxri adı daşıyanlar ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlar isə ayda 150 manat təqaüd alırdılar.