İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq həyatını itirən Orxan Yusubovun və qətldə şübhəli bilinən keçmiş əməkdaşı Sabir Camalovun birlikdə görüntüləri ictimaiyyətə yayıldı.
Videonun bir neçə ay öncə çəkildiyi bildirilir və kadrlarda hər iki şəxsin mehriban münasibətdə olduğu görünür.
1991-ci il təvəllüdlü Orxan Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində bıçaqlanaraq öldürülüb. O, “Seaside estate” şirkətinə rəhbərlik edirdi.
Mərhumun qardaşı Elcan Yusubovun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Sabir Camalov mərhumun keçmiş işçisi olub. Aralarında yaranan narazılıqdən sonra yolları ayrılıb və Camalov “Sabir Əmlak” adlı öz şirkətini yaradıb.