İyulun 30-da Xətai rayonunda yerləşən "Amay" Ticarət Mərkəzinin dayanacaq hissəsində bıçaqlanaraq öldürülən şəxs iş adamı olub.
Məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Yusubov "Seaside estate" şirkətinə rəhbərlik edib.
Mərhumun qardaşı Elcan Yusubov bildirib ki, hadisədə şübhəli bilinən şəxs 1987-ci il təvəllüdlü Sabir Camalov olub. Elcan Yusubov sözlərinə görə, Sabir Camalov əvvəllər Orxan Yusubovun işçisi olub və aralarında yaranan narazılıqdan sonra yolları ayrılıb.
Qardaşın məlumatına görə, daha sonra Sabir Camalov öz şirkətini — "Sabir Əmlak"ı yaradıb və həmin şəxsin hadisədə təqsirləndirildiyi bildirilir.
Hadisə ilə bağlı əlavə fotolar yayımlanıb və istintaqın gedişi barədə rəsmi qurumların açıqlamaları gözlənilir.