İyulun 30-da paytaxtın Xətai rayonunda, Amay Ticarət Mərkəzinin dayanacaq hissəsində “Seaside estate” şirkətinin rəhbəri Orxan Yusubov qətlə yetirilib.
Mərhumun 1991-ci il təvəllüdlü olduğu bildirilib. Hadisəni törətməkdə təqsirləndirilən şəxs 1987-ci il təvəllüdlü Sabir Camalovdur.
Elcan Yusubov deyib ki, Sabir Camalov onun qardaşının keçmiş işçisi olub. Aralarında narazılıq yaranandan sonra iş münasibətləri pozulub və Camalov “Sabir Əmlak” adlı öz şirkətini yaradıb.
Hadisə ilə bağlı təqdim olunan fotolarda qətlə yetirilən şirkət rəhbərinin görüntüləri yer alır.