Xırdalan şəhərində 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Hadisənin təfərrüatlarına görə, Qəbələ rayonundan olan 1989-cu il təvəllüdlü Tural və ailəsindən olan Aysel (adlar şərtidir) arasında aralarında mübahisə yaranıb. Turalın izahatında onlar birlikdə Xırdalanda yaşadıqları və rəsmi məşğuliyyəti olmadığı qeyd olunur.
Tural deyib ki, 2010-cu ildə nikaha daxil olublar və evlilikdən 2011, 2012, 2016, 2019 və 2025-ci il təvəllüdlü beş övladları doğulub. O, münasibətlərinin əvvəllər yaxşı olduğunu, son vaxtlar isə qısqanclıq səbəbindən sözlü mübahisələrin baş verdiyini bildirib.
İzahatda hadisə günü saat 10 radələrində Aysel yatarkən telefonuna zənglər gəldiyi üçün onu oyadaraq bu haqda soruşduğu, Ayselin cavab verməməsi üzündən əsəbiləşərək onun başına, qoluna və sinəsinə əllə zərbələr vurduğu qeyd olunur. Tural iddia edib ki, bundan sonra münaqişə başa çatıb və o, evdən çıxıb.
Zərərçəkmiş Aysel isə münasibətlərin əvvəllər xoş olduğunu, lakin son dövrlərdə həyat yoldaşının onu qısqandığını bildirib. O deyib ki, telefon zənglərinə görə aralarında tez-tez mübahisələr yaranır və həmin gün Tural onu oyadaraq “telefona niyə baxmırsan?” sualını verib, bundan sonra mübahisə zamanı üzərinə hücum edib. Aysel əlavə edib ki, sonradan Tural barədə şikayət etməyi söyləyib və bunun ardından Tural kənara çəkilib.
Zərərçəkmiş məhkəmədə təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir maddi və mənəvi tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsi iş üzrə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və iş icraata xitam verilib.