Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən və Kür-1 ilə Kür-2 magistral xətlərini birləşdirən, həmçinin Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində texniki nasazlıq baş verib.
Nasazlıq xətt üzərində yerləşən siyirtmədə müşahidə olunub. Vəziyyətin operativ şəkildə həll edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub və təmir işlərinə başlanılıb.
Qəza-bərpa işləri tamamlanaraq nasazlıq aradan qaldırılıb, zəruri texniki tədbirlər görüldükdən sonra su xətti üzrə veriliş bərpa edilib.
Bildirilir ki, qısa müddət ərzində su bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılacaq.