Binəqədi rayonunun Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan magistral su xəttində qəza baş verib.
Qəza nəticəsində xətt üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Hadisə yerinə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası cəlb edilib və operativ müdaxilə həyata keçirilib.
Görülən təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra su xəttindəki nasazlıq aradan qaldırılıb və suyun verilişi bərpa edilib.
Rəsmi məlumatda qeyd olunur ki, qısa müddət ərzində bütün ünvanlara normal və dayanıqlı rejimdə suyun çatdırılması təmin ediləcək.