Müğənni Xuraman Şuşalı şəxsi həyatına dair açıqlama verib və həyat yoldaşı Elçinlə münasibətlərindən söz açıb.

Sənətçi proqramın qonağı olarkən ailə daxili gündəlik qayğı və gözləntiləri haqqında danışıb və münasibətlərdə sevginin önəmini vurğulayıb.

“Mən corab geyindirən xanım deyiləm. Daha çox sevgi görmək istəyirəm. Həyat yoldaşımın əli-ayağı var. Vaxtım yoxdur ki, corabını geyindirim. Xoşlayıram ki, sevgi və qayğı mənə göstərilsin. Özüm də qayğı göstərirəm, amma sevgi tələb edirəm,” — deyə Xuraman bildirib.

O həmçinin peşə və ailə arasında seçimə görə öz mövqeyini açıqlayıb. Sənətçi qeyd edib ki, əgər həyat yoldaşı ondan sənət və ailə arasında seçim etməsini tələb etsə, o, ailəsini seçər.

“Əgər həyat yoldaşım mənə sənətlə ailə arasında seçim qoysa, məni öldürmüş olar. Əlbəttə, ailəmi seçərəm. Amma belə bir hal yoxdur ki, mənə şərt qoysun,” — Xuraman sözlərinə əlavə edib.

Məlumat üçün bildirilir ki, Xuraman və Elçin ailəsində dörd övlad var.