Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 503,1 min tondan çox meyvə və tərəvəz xarici bazarlara göndərilib.
İxracın ümumi dəyəri həmin dövrdə 589,2 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə məhsulların ixrac dəyəri 16,3 faiz, fiziki həcmi isə 2,5 faiz artıb.
Hesabat dövründə meyvə və tərəvəz məhsullarının ölkənin ümumi ixracındakı payı 3,05 faiz, qeyri-neft ixracındakı xüsusi çəkisi isə 9,93 faiz olub.