Bu ilin yanvar-may aylarında kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların alınmasının maliyyələşdirilməsində aktivlik qeydə alınıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə ümumilikdə 3 667 kənd təsərrüfatı texnikası və avadanlığının satışının maliyyələşdirildiyi bildirilib.
Hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən şəxslərin 1 511 müraciəti əsasında ümumilikdə 42,265 milyon manat güzəştli kredit ayrılıb.
Ayırılan vəsaitin 32,8 milyon manatı texnika və avadanlıqların alınmasına, 9,4 milyon manatı mikrokreditlərə, 65 min manatı isə digər güzəştli kreditlərə yönəldilib.