Bu ilin yanvar-iyul aylarında Azərbaycan 77,4 min ton kartof ixrac edib.

Həmin həcmdəki kartofun dəyəri 29,7 milyon ABŞ dolları olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan kartofun həcmində 6,6 min ton və ya 9,2 faiz, dəyərində isə 1,6 milyon dollar və ya 5,5 faiz artım müşahidə edilib.

Kartof satışından əldə olunan gəlir ümumi ixrac daxilində kiçik pay təşkil edib.

İlk 7 ayda ölkənin xarici ticarət əməliyyatlarının ümumi dəyəri 29 milyard 216 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur.

Bu dövrdə xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 27 faiz artarkən, idxal 27,4 faiz azalıb.

Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu göstərici illik müqayisədə 5,9 dəfə yüksəlib.