Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 2026-cı ilin avqustunda Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında yerləşən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama aparıblar.
Yoxlama zamanı istifadə olunan farş məhsullarına dair keyfiyyət və təhlükəsizliyi təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi ətdə at DNT-sinin olduğunu üzə çıxarıb.
Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilməməsi, eləcə də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulması müəyyən edilib. Bu hallar mənbəyi müəyyən edilməmiş və məhsulların keyfiyyətinə təsir göstərən nöqsan kimi qiymətləndirilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd olunur ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında aparılan yoxlama zamanı da at DNT-si aşkarlandığına görə məsuliyyətə cəlb edilmişdi.