2026–2027-ci tədris ili üçün şagirdlərin elektron yerdəyişməsi prosesi avqustun 20-si saat 15:00-dan başladılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, müraciətlər sy.edu.az portalı üzərindən qəbulu ediləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edir.
İnternetə çıxışı olmayan valideynlər və qanuni nümayəndələr yerdəyişmə ilə bağlı Agentliyin və yerli təhsil idarələrinin çağrı mərkəzlərinə müraciət edə bilərlər. Bundan əlavə, vətəndaşlar Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və ASAN xidmət mərkəzlərinə də baş vura bilərlər.