Yaponiyanın yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib.
Rəsmi məlumatlara əsasən, titrəyişlərin episentri Sakit Okeanda, Xatidze adaları ətrafında yerləşib, zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar paytaxt Tokio şəhərində də hiss olunub. Hazırda xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat açıqlanmayıb.
Hadisə ilə əlaqədar sunami təhlükəsi elan edilməyib və müvafiq qurumlar vəziyyəti izləyirlər.