Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

Layihə çərçivəsində parkda Azərbaycanın zəngin mədəni irsini, çoxəsrlik tarixini və ənənələrini əks etdirən ictimai məkan yaradılacaq.

Rəsmi açıqlamada vurğulanıb ki, bu park Azərbaycan və Özbəkistan xalqları arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayacaq.

Bakı şəhərində isə məhz qarşılıqlı addım olaraq "Özbəkistan" parkının salınması iki ölkə arasındakı çoxəsrlik dostluq, qarşılıqlı hörmət və mədəni yaxınlığın yeni rəmzi kimi qiymətləndirilir.