Avqustun 23-də Yeni Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə tədbirdə “Azərbaycan” parkının təməlini qoyublar.
Parkda Azərbaycanın zəngin mədəniyyətinin, çoxəsrlik tarixinin və ənənələrinin sərgilənəcəyi, ictimai məkan funksiyasını daşıyacaq sahə yaradılacaq. Layihə iki xalq arasındakı mədəni və humanitar əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Bakı şəhərində inşa olunan “Özbəkistan” parkı ilə yanaşı, Yeni Daşkənddə salınacaq “Azərbaycan” parkı xalqlarımız arasındakı dərin dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın rəmzi hesab olunur və Azərbaycanla Özbəkistan arasında möhkəm və dinamik inkişaf edən münasibətlərin növbəti ifadəsidir.