Bu gün saat 08.45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D yaşayış massivi, 29-cu binanın yaxınlığında diametri 110 mm olan içməli su xəttində qəza qeydə alınıb.

Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası hadisə yerinə operativ şəkildə səfərbər olunub. Briqada 08.55-də işə başlayıb, saat 09.10-da xəttdəki axıntının qarşısı alınıb.

Gərgin işlərin nəticəsində su təchizatının pozulmasına səbəb olan nasazlıq saat 11.45-də tam aradan qaldırılıb və xətt normal rejimə qaytarılıb.