YouTube platforması videolara baxışların hesablanma prinsiplərində dəyişiklik edib.

Yeni qaydaya əsasən, avqustun 24-dən etibarən video və ya canlı yayıma start verildiyi anda baxış kimi sayılacaq. Əvvəl isə bir baxışın qeyd olunması üçün həmin məzmunun ən azı 30 saniyə boyunca izlənilməsi lazım idi.

Qeyd olunur ki, TikTok və Instagram uzun müddətdir bu cür yanaşmadan istifadə edir. YouTube-un açıqlamasında dəyişikliklə yaradıcıların öz izləyici əhatəsini daha dəqiq görməsi və yaranan qarışıqlıqların aradan qaldırılması məqsəd qoyulduğu bildirilib.

Yeni qaydaların necə tətbiq olunacağı və statistikaya təsiri ilə bağlı əlavə məqamlara platforma daxilində zamanla aydınlıq gətiriləcək.