12–15 avqust 2026-cı il tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Vakansiya seçimi mərhələsində müvəffəqiyyət qazanan namizədlər növbəti mərhələ — müsahibədə iştirak etmək hüququ əldə ediblər.

Vakansiya seçimində uğur qazana bilməyənlər və ya həmin mərhələdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi raundunda yenidən iştirak edə bilərlər.

Müsahibə ilə bağlı təfərrüatlar və vaxt barədə məlumat vaxtında namizədlərin şəxsi səhifələrinə göndəriləcək.