Yunanıstandan havaya qalxmalı olan Ryanair-ə məxsus sərnişin təyyarəsinin uçuşu gecikib. Təxirə salınmaya səbəb hava gəmisinin quyruq hissəsinə qonub oradan tərpənməyən nəhəng kərkəs olub.
Təyyarənin heyəti quşu özbaşına çıxarmaq üçün hündürlük sükanı və qanad hissələrini hərəkətə gətirərək cəhd göstərib, lakin kərkəs əsas gövdədə sakitcə oturub qalmağa davam edib.
Problemi yoluna qoymaq üçün uçuş zolağına yanğınsöndürənlər çağırılıb. Onlar nərdivan vasitəsilə quşun olduğu əraziyə qalxaraq gödəkçə ilə onu ehtiyatla tutublar və hava limanının xidmət otağına aparıblar.
Aparılan baxış zamanı kərkəsin xəsarət almadığı müəyyən edilib. Hava limanının əməkdaşları quşu müvafiq xidmətlərə təhvil veriblər və o, quş mütəxəssislərinin nəzarəti altında təhlükəsiz məkanlara yerləşdirilib.
Hava limanının işçiləri bildiriblər ki, kərkəs böyük ehtimalla yeni mühitə tam uyğunlaşmayan cavan quş olub.