ABŞ-nin "Blackstone" investisiya şirkətinin vitse-prezidenti Aleksandr Kromi və onun həyat yoldaşı Mari Ebert Yunanıstanın Sifnos adasında baş vermiş helikopter qəzasında həlak olublar.

Hadisə nəticəsində gənc britaniyalı ailə üzvləri və helikopterin pilotu da ölüb. Hava gəmisinin eniş zolağına çatmağa bir neçə metr qalmış yerə çırpıldığı bildirilib.

Yerli sakinlərin ifadələrinə görə, qəzanın baş verməsindən əvvəl helikopterin mühərriki qəribə səslər çıxarıb. Hazırda qəzanın dəqiq səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırmalar aparılır.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verildiyini və tələb olunan bütün konsulluq yardımlarının təmin edildiyini, Yunanıstan rəsmiləri ilə fasiləsiz əlaqə saxlanıldığını bildirib.