Egey dənizində yerləşən Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzası nəticəsində göyərtədəki üç nəfər həlak olub.
İlkin məlumatlara görə, hava gəmisinin yerə çırpılmasından sonra yanğın başlayıb. Yanğının söndürülməsində yerli yanğınsöndürmə briqadaları iştirak edib və alov nəzarət altına alınıb.
Hadisə helikopterin Tolos bölgəsindəki aerodromdan havalandıqdan qısa müddət sonra, məntəqə yaxınlığında baş verib. Qəza zamanı pilot və iki sərnişinin öldüyü bildirilib, onların şəxsiyyətləri hələ müəyyən edilməyib.
Aviaqəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq orqanlar tərəfindən araşdırma aparılır.