İtaliyanın "Yuventus" klubu "Aston Villa"da çıxış edən qapıçı Emiliano Martinesin transferi üzrə yeni rəsmi təklif hazırlayıb.

Təqdim olunan paket 7 milyon avro əsas məbləğ və əlavə olaraq 3 milyon avro bonuslardan ibarətdir.

Qarşı tərəf zəmanətli 10 milyon avro tələb etsə də, klub və "Aston Villa" arasında razılaşma əldə etmək istiqamətində irəliləyiş müşahidə olunur və tərəflərin yaxın vaxtlarda yekun razılığa gələcəyi bildirilir.

Martinesin şəxsi şərtlərilə bağlı heç bir problem olmadığı vurğulanır, yəni oyunçunun öz müqavilə detallarında tərəddüdü yoxdur.