Samux rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Əhmədbəyli kəndində baş verib. İlkin məlumatlara görə, sürücü qarşısına çıxan maneədən qaçınmaq məqsədilə nəqliyyat vasitəsinin üzərində nəzarəti itirib və VAZ 2107 markalı avtomobil qəza vəziyyətinə düşüb.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu, 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı daha sonra Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Hadisə yerinə yol polisi cəlb olunub. Faktla bağlı araşdırma aparılır.