Zaqatalada günorta saatlarında Zaqatala–Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hərəkətdə olan VAZ 2107 və Ford markalı iki minik avtomobili toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Hazırda onların müayinəsi davam edir, şəxsiyyətlərinin müəyyənləşdirilməsi işləri aparılır.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başladılıb.