Zaqatala rayonunun Muxax kəndi ərazisində iki minik avtomobili toqquşub.

Hadisə zamanı VAZ 2107 və Ford markalı nəqliyyat vasitələri toqquşub və nəticədə üç nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusundakı İkinci Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.